Rutte Trampla görüşmək üçün aprelin 8-dən 12-dək ABŞ-a səfər edəcək

NATO-nun baş katibi Mark Rutte prezident Donald Trampla görüşmək və Bilderberq Qrupunun iclasında iştirak etmək üçün aprelin 8-dən 12-dək ABŞ-a səfər edəcək.

APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Trampın müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio da daxil olmaqla, ABŞ rəsmiləri ilə bütün görüşləri aprelin 8-nə planlaşdırılıb.

Ruttet aprelin 10-dan 12-dək Bilderberq Qrupunun iclasında iştirak edəcək.