İran hərbçiləri F-15-in axtarışında olan ABŞ helikopterlərini atəşə tutub

İran hərbçilərinin ABŞ-yə məxsus helikopterləri atəşə tutduğu bildirilir.

Teleqraf "NBC News"a istinadən bildirilir ki, hadisə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 Eagle qırıcısının axtarış əməliyyatı zamanı baş verib.

Məlumata görə, axtarış işlərinə cəlb olunan iki ABŞ helikopteri İran hərbçiləri tərəfindən atəşə tutulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə helikopterlərə atəş açıldığı iddia olunur.

Bundan əvvəl "The New York Times" nəşri ABŞ-yə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsinin Fars körfəzi yaxınlığında qəzaya uğradığını yazmışdı.

Hadisə ilə bağlı rəsmi təsdiq və ya əlavə təfərrüatlar hələ açıqlanmayıb.