"Sibir xorası" Azərbaycanda da yayıla bilər?  - Həkim danışır...

"Qarayara (Sibir xorası) xəstəliyi adından da göründüyü kimi, kömürə bənzər formada dəridə yaraların əmələ gəlməsi ilə özünü göstərir". 

Bunu "Sherg.az"a həkim-infeksionist Mərdan Əliyev Rusiyada aşkarlanan "Sibir xorası" xəstəliyinin Azərbaycana yayılma ehtimalından danışarkən söyləyib. Onun sözlərinə görə, "Sibir xorası" çox yayılan və gec sağalan xəstəlikdir:


"Xəstəliyin bir neçə forması var. Daha çox dəri formasına rast gəlinir. Eyni zamanda ağır olan ağciyər formasında da aşkarlana bilir. Kontaktla, tələffüz yolu ilə orqanizmə düşdükdə çox yayılır. Adıçəkilən xəstəlik aşkarlanarsa, yayılmasının qarşısını almaq üçün dərhal tədbirlər görülür. Qarayara əsasən, heyvandarlıqla məşğul olan insanlara keçə bilər. Çünki insana heyvanlardan yoluxma ehtimalı yüksəkdir. Rusiyada müəyyən etsələr də, Azərbaycana gəlib, çatmaz, ciddi təhlükə yoxdur".

Qeyd edək ki, Rusiyanın Tuva Respublikasının dörd sakininə "Sibir xorası" (qarayara) diaqnozu qoyulub. Bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlum diaqnozla ilk xəstə iyun ayının sonunda xəstəxanaya yerləşdirilib.