Ayağın burxulması ani hərəkətlər nəticəsində baş verir. Bədən quruluşunda çox rast gəlinən bir rahatsızlıqdır. Bəzən qısa müddətli, bəzi hallarda isə oynaqların zədələnməsi və sümük sınığı kimi nəticələrə səbəb olur.
Ayaq biləyinin burxulması nəticəsində qırılma ilə bağlı şübhə yaranarsa, həkimə müraciət edilməlidir. Bundan əlavə, yüngül və ya orta dərəcədə bir burxulma baş verdikdə bəzi üsulları sınamaq mümkündür. Ən təsirli və sadə üsullardan biri də buzdur. Burxulan bölgəyə buz paketi tətbiq olunur və ağrı ilə birlikdə şişkinliyi azaltmağa kömək edir. Ayağın altına yastıq qoymaq və onu hündürə qaldırmaq qan yığılmasını minimuma endirir, elə buna görə də daha az şişki olur.
Şişkinliyi minimuma endirmək üçün elastik bantlardan da istifadə edilə bilər. Ayağın burxulması çox vaxt müdaxiləyə ehtiyac olmadan, öz-özünə keçən narahatlıqdır. Ancaq burxulma sonrası ağrıların olmaması üçün bəzi üsullar tətbiq oluna bilər. Burxulmadan sonra qətiyyən ayağın üzərinə basılmamalı və kürəyi üstə yatmaq lazımdır. Bundan əlavə, həkimlərin verdiyi ağrıkəsicilər də ağrıları azaltmağa kömək edəcək. Topuq üçün faydalı üsullardan biri də zeytundur. Zeytun ilə ayaq burxulması şikayətləri azaldıla bilər. Həmçinin əzilmiş yerə zeytun, soğan, duz və sarımsaq sürtmək də olar.
Ayağın burxulmasının simptomlarına ayaq sümüyünün yaxınlığında ağrı və həssaslıq, gəzinti zamanı ağrı, qançırlar və şişkinlik, toxunma həssaslığı daxildir.
Mənbə: CNN Türk