"Yay fəslində qida zəhərlənmələri artır. Qarpız və yemiş də zəhərlənmələrə səbəb ola biləcək qidalar sırasındadır".
Bunu "Sherg.az"a Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qarpız zəhərlənmələri barədə danışarkən deyib. Həkim-ekspert diqqətə çatdırıb ki, qarpızdan zəhərlənmə halı "Amma AQTA sədrinin də dediyi kimi, onun tərkibindəki pestisidlərin təsirindən baş verə bilər:
"Bundan başqa, qarpızın çatlamış, yarılmış olmamasına diqqət etmək lazımdır. Meyvənin içərisinə torpaq və ya qum kimi əlavə maddə tökülsə, ağır zəhərlənmələrə gətirib, çıxarar".
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransı keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, qarpızdan zəhərlənmə ancaq kimyəvi ola bilər.