Bel ağrısına səbəb olan 7 vərdiş! Vaz keçənlər qurtulur  - FOTOLAR

Bel ağrıları bəzən şiddətlənir. Bu ağrıları aradan qaldırmaq üçün bir çox üsul olsa da, əsas diqqət yetirilməli olan şey ağrını nəyin tətiklədiyidir. Sherg.az türk mediasına istinadən daha əvvəl ağlınıza gəlməmiş, lakin bel ağrısını tətikləyən halları təqdim edir:

1-Şəkərli və qazlı içkilər

Şəkərli və qazlı içkilər enerjinizi saxlamaq üçün ən sağlam yol deyil və bir çox digər sağlamlıq riskləri arasında bel ağrılarına səbəb ola bilər. Şəkərli və qazlı içkilər içmək vərdişi böyrəklərdə daşların yaranmasına səbəb olur ki, bu da şiddətli bel ağrıları yaradır. Xüsusilə bu içkiləri qəbul etdikdən sonra bel ağrılarınız artarsa, mütləq bol su içməlisiniz.

2- Dar ətək və hündürdaban ayaqqabı



 Bədənə sıx sarılan ətəklər və hündürdaban ayaqqabılar sizə cazibədar görünsə də, onların bədəninizə vurduğu zərəri də gözardı etməməlisiniz. Dar ətəklər ombanızın hərəkətini məhdudlaşdırır, bu da onurğanızın gərginləşməsinə səbəb olur. Eyni şey hündürdaban ayaqqabı geyinəndə də olur. Bu ayaqqabılar ayaqlarınızı qeyri-təbii hündürlükdə yerləşdirir, bu da belinizin aşağı hissəsindəki əzələlərin sürüşməsinə səbəb olur.

3- Stress


Vücudunuz stress hormonlarını ifraz etdikdə, əzələlərinizin instinktiv olaraq büzülməsinə səbəb olur. Əzələlərinizdə gərginlik boyun, çiyinlər və kürəyinizdə ağrılı hisslərə səbəb olur. Odur ki, stressdən uzaq durmalı və gün ərzində zehninizi rahatlaşdıracaq məşqlər etməlisiniz.

4- Yanlış yastıq


Çox böyük bir yastıqda yatmaq dinclik gətirər, lakin ondan sonra gələn bel ağrıları çox bezdirici ola bilər. Əksər yastıqlar başınızı qeyri-təbii vəziyyətdə qoyur, bu da boynunuza və onurğa sütununuza təzyiq göstərərək ağrıya və pis yuxuya səbəb olur. Ona görə də özünüzə yastıq seçmək üçün gecə yatarkən qollarınızı çırmalayıb həm başınızın altına, həm də dizinizin arasına yastıq qoymalısınız. Qısa müddətdə ağrılarınızın azaldığını və onurğa sütununuzdakı stressin azaldığını hiss edəcəksiniz.

5- Qabların səhv yuyulması


Qab-qacaq yuyarkən əyilmək kürəyinizə təzyiq edir və bu nahiyədəki əzələlərin dartılmasına səbəb olur. Bu mövqeyi bir neçə dəqiqə saxlasanız, belinizi gərginləşdirəcəksiniz. Bu vəziyyətdən qaçmaq üçün qabları yuyarkən ayağınızı kiçik bir tabureə qoyun. Bu şəkildə bel ağrılarınızdan xilas ola bilərsiniz.

6- Pilləkənlərdən tez-tez istifadə etmək


Pilləkənlərlə qalxıb-enmək ümumiyyətlə sağlam bir vərdiş hesab edilsə də, bel ağrınız varsa, bu formada qalmağın ən yaxşı yolu deyil. Diz və bel ağrılarınız varsa, pilləkənlərdən uzaq durmağınız daha yaxşı olar.

7- Yataqda kitab oxumaq


Yatmazdan əvvəl kitab oxumaq vərdişiniz çiyinlərinizdə və belinizdə sərtlik yaradır. Yataqda kitab oxuyarkən arxaya söykəndiyimiz zaman onurğa və bel əzələlərində gərginlik yaranır və bu da ağrıya səbəb olur. Yatmazdan əvvəl kitab oxumaq gərgin iş günündən sonra dincəlməyə kömək edirsə, yaxşı onurğa dəstəyi olan stulda oturmaq sağlamlığınız üçün daha yaxşı olar.