Saç tökülməsinin əsas səbəbi

Terapevt Alexandra Medzinovskaya saç tökülməsinin əsas səbəblərini açıqlayıb. 

Sherg.az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, sinir və ruhi gərginlik səbəbindən saçlar tökülməyə başlayır. Stresli olarkən insan saçın vəziyyətini pisləşdirən kortizol hormonu istehsal edir.

Eyni zamanda, bəzən saç tökülməsinin səbəbi müxtəlif infeksiyalar, əməliyyatlar və 38,5 dərəcədən yuxarı temperatur da ola bilər.

Saçla bağlı problemlərin qarşısını almaq üçün həkim maqnezium, dəmir, B vitaminləri, sink və mis qəbul etməyi tövsiyə edir.