Sağlam arıqlamağın YOLU bu üsuldadır!

Sirr qreyfurt, sirkə və balda gizlənir

Türkiyəli dietoloq payız və qış aylarında sağlam bir şəkildə arıqlamaq üçün tövsiyələr verib

Mövsüm dəyişikliyi bir çox insanda kökəlməyə səbəb olur. Mütəxəssislər bu “vaxtsız” kökəlmənin səbəbini mövsüm dəyişikliyi ilə yanaşı qida rasionunun da dəyişikliyə uğramasıyla izah edirlər. Məlumdur ki, iqlim dəyişdimi, havalar soyudumu əksər insanlar isti, xəmir xörəklərə, şirniyyata can atır. Yay mövsümündə sərinləşdirici yeməklərə, salatlara, meyvələrə üstünük verənlər havalar soyuyan kimi qızartma, bozartma, şirniyyat, istiotlu, yağlı yeməklərə, həmçinin də xəmir xörəklərinə daha çox meyl edir. Türkiyəli dietoloq-həkim Mehmet Öz payız və qış aylarında sağlam bir şəkildə arıqlamaq üçün tövsiyələr verib. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, M.Öz sağlam arıqlamağın sirrinin qreyfurt, sirkə və balda olduğunu deyib. Bu qarışıqdan düzgün bir şəkildə istifadə etməklə artıq çəkidən xilas olmaq mümkündür. M.Öz məsləhət görür ki, 1 stəkan qreyfurt şirəsi, 2 çay qaşığı təbii alma sirkəsi və 1 çay qaşığı təbii baldan ibarət qarışım hər gün yeməkdən öncə içilməlidir.

 Bu, bədəndəki artıq yağların yanmasına və orqanizmdən xaric olmasına kömək edəcək və arıqlamanı təmin edəcək. M.Öz payız-qış aylarında orqanizmin tox qalmasını təmin edəcək, aclıq hissini aradan qaldıracaq qidaları da sadalayıb. Bunlar - kartof, fıstıq əzməsi, banan, buğda çörəyi, avokado, makaron məmulatları, yaşıl çay, qatıq, paxlalılardır. Bu qidalar orqanizmə toxluq hissi verir, çox qida qəbul etməkdən qoruyur.