Mövsümi dəyişikliklərlə xəstəliklər arta bilər. Ona görə də bu dövrlərdə daha diqqətli olmaq lazımdır.
SHerg.az xəbər verir ki, xüsusilə qidalanmanıza diqqət yetirməlisiniz. Tam taxılların, karbohidratların, zülalların və yağların balanslı şəkildə istehlak edilməsi; Pəhrizimizə təzə mövsümi tərəvəz və meyvələrin daxil edilməsi immunitet sisteminin sağlamlığı üçün vacibdir.
Mövsümi dəyişikliklər zamanı bədənimiz ödem tutmaya qarşı daha çox meylli olur. Bunun qarşısını almaq və xəstəliklərdən qorunmaq üçün bol su istehlak etmək lazımdır.
Kifayət qədər yuxu almadığınız zaman konsentrasiya problemləri yarana, məhsuldarlıq azala, immunitet sistemi zəifləyə bilər. Buna görə də ən az 8 saat yatmaq immunitet sisteminiz üçün vacibdir.
Fiziki və ruhi sağlamlıq üçün müntəzəm məşq vacibdir. Daimi idman bizi xəstəliklərdən qorumağa kömək edir, immunitet sisteminin sağlamlığını dəstəkləyir və bakteriyalarla mübarizə aparmağa kömək edir.
Öskürərkən və asqırarkən ağzınızı və burnunuzu bağlayın, əllərinizi tez-tez yuyun. Çünki bir çox xəstəliklər əl təması ilə keçə bilər.