Müğənni Musa Musayevin səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçinin müğənni həyat yoldaşı Təranə Qumral "7 tamam" verilişində danışıb. O, Musa Musayevin bir neçə gün əvvəl ikinci dəfə infarkt keçirdiyini bildirib:
"Birinci dəfə infarkt keçirəndə gizli saxlamışdıq. İstəmədik ki, kimsə bilsin. Mikroinfarkt keçirib, ürək damarlarına 3 stent qoyulub. Hazırda evdə müalicə alır".