Demək olar ki, bütün qadınların məqsədi yağlı görünməyən, sızanaqsız, bir sözlə hamar bir dəriyə sahib olmaqdır. Bu mənada xüsusilə koreyalı qadınların gözəllik sirləri dillər əzbəridir. Gözəllik sirri deyəndə ağlınıza bahalı dəri kremləri və müalicələri gəlməsin. Çünki Koreyalı qadınlar gözəllik rutinlərində sirkə və yağ kimi sadə məhsullardan istifadə edirlər.
Sherg.az xəbər verir ki, koreyalı xanımlar vanna qəbul edərkən saçlarını düyü sirkəsi ilə yuyar və bunu bütün dərilərinə sürtərlər. Bu, dəridə infeksiya sürətini azaltmağa kömək edir.
Koreyalı qadınlar tez-tez dərilərini ovuşdurur və sauna vərdişlərinə malikdirlər. Bu, məsamələri açır və içindəki kirlərin daha asan təmizlənməsinə imkan verir. Yağsız məsamələr daha tez bağlanır.
Dərini ovarkən istifadə etdikləri təmizləyici gel adətən sebum balansını təmin edir. Quru və ya yağlı dərilərinə ən uyğun olan maddələrdən istifadə edirlər. Bunun üçün dermatoloqlardan dəri quruluşunun unikallığını öyrənirlər.
Daha sonra məsamələrdən az miqdarda olsa belə, cihazın köməyi ilə yağ çıxarırlar. Ölü dəri və məsamə prosedurları tamamlandıqdan sonra düyü və ya gil maskası ilə məsamələri sıxmaq üçün təbii üsullardan istifadə edirlər.
Onlar maska çəkərkən və ya yuyarkən üzlərini masaj etməyi unutmurlar. Üzlərini aşağıdan yuxarıya çəkirlər.
Bundan əlavə, axşamlar yuxu maskaları ilə dərinin yağlanmasının qarşısını alırlar. Ən çox istifadə edilən yağlar çay ağacı yağı, gicitkən yağı və dəniz yosunu yağıdır. Bu yağlar dəri hüceyrələrinin daha cavan qalmasına səbəb olur.