Alimlər açıqladı, xallı bananlar daha  faydalıymış: Xərçəngə qarşı...

Tərkibindəki yüksək kalium, ishal kimi xəstəliklərə faydalı, sümüklərə dəstək və vitamin-mineral tərkibi ilə hər kəs tərəfindən tanınan bananın orqanizmimiz üçün bir çox başqa faydaları da var.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, alimlər sağlam bir kalium qaynağı olan bananın təzyiqi salmaq, ürəyi aritmiyalardan qorumaq, əzələ zəifliyini möhkəmlətmək kimi faydaları olduğunu bildirir.
Bədənimizin güclü sümük quruluşu üçün kalium da lazımdır, buna görə də kaliumla zəngin banan qəbul etmək  güclü sümük quruluşuna kömək edir. Xoşbəxtliyin meyvəsi adlandıra biləcəyimiz banan stresə qarşı da yaxşı  həll yoludur.
Səhər yeməyi günün ən vacib yeməyi olsa da, sıx iş günlərində acqarına evdən çölə tələsırkən yeyə biləcəyiniz kiçik bir banan gününüzü daha kefli, stresssiz və sakit keçirməyə kömək edəcək. .


Gün ərzində ac qalaraq performansını itirmək istəmədiyimiz üçün səhər və günorta saatlarında yeyə biləcəyiniz  banan yorğunluğunuzu və stressinizi azaldacaq. Lif baxımından da əhəmiyyətli bir meyvə olan banan bağırsaq funksiyalarını tarazlaşdıraraq qəbizlik və ishala yaxşı gəlir. 

Mütəxəssislər hesab edir ki,  qabıqlarında ləkələr olduğu üçün sevmədiyimiz və almadığımız yumşaq, çox yetişmiş bananlar antioksidant təsiri ilə xərçəngə qarşı qoruyucu bir quruluşa malikdir. Yəni ləkələr nə qədər çox olarsa daha çox antikarsinogen-antioksidant maddədir.
Bu xüsusiyyətlərinə görə qiymətli olan bananda nəzərə alınması lazım olan bəzi məqamlar da var.
"Kalorisi və karbohidratı yüksəkdir. Ona görə diqqətli istehlak edilməsi lazım olan bir qidadır.

Ancaq bu vəziyyətlər yalnız çəki problemi, diabet və böyrək çatışmazlığı olanlar üçün keçərlidir. Əgər belə bir sağlamlıq probleminiz varsa, banan istehlak edərkən porsiya nəzarətini saxlamağı unutmayın.