Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Zirvə görüşü keçiriləcək
07:56 13.01.2024
Gündəm
327
Bu ilin mayın sonunda Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Zirvə görüşü keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu gün Auditorlar Palatası, Maliyyə Menecerləri Assosiasiyası və AQC-nin birgə təşkil etdiyi "Hesabatlıq və Şəffaflıq Yeni dövrün çağırışları kontekstində" keçirilən forumda deyib.
"Bununla da Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezident səlahiyyətləri Qazaxıstandan Azərbaycana, vitse-prezidentlik isə Azərbaycandan Türkiyəyə dövr ediləcək", - V. Oruc bildirib.
Onun sözlərinə görə, ötən ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ qaydada üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması, birliyin struktur vahidlərinin formalaşdırılması türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın inkişafında yeni mərhələ oldu.
O həmçinin 2023-cü ilin sonunda "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulu ölkə qiymətləndiricilərinin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı hesab edir.
"Qanuna müvafiq olaraq Azərbaycan Qiymətləndiricilər Palatası təsis ediləcək və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq bu prosesdə də yaxından iştirak edəcəyik", - V. Oruc əlavə edib.
Qeyd edək ki, indiyənədək 1998-ci ildə qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun güvvədə idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm