“Məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin səmərəli təşkili və nizam-intizamın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Sherg.az xəbər verir ki, bunu sabiq təhsil naziri, professor Misir Mərdanov AZƏRTAC-a açıqlamasında bildirib.
“Bu qaydalara əməl olunması məktəb mədəniyyətinin formalaşmasına və təhsil mühitində vahid yanaşmanın qorunmasına xidmət edir. Məktəblərdə vahid geyim qaydalarına riayət olunması təhsilin inkişafına xidmət edir.
Təhsil müəssisələrində şagird və müəllimlərin məktəbə müəyyən olunmuş formada gəlməsi təhsilin inkişafına, tərbiyənin və nizam-intizamın möhkəmlənməsinə xidmət səbəb olacaq. Unutmamalıyıq ki, məktəb yalnız dərs keçilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Məktəbdə vahid geyim qaydalarına riayət etmək də bu ümumi mədəniyyətin və məsuliyyətin bir hissəsidir”, - Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, məktəbdə vahid geyim qaydalarının qorunması şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhsil mühitində qarşılıqlı hörmətin və məktəb mədəniyyətinin güclənməsinə töhfə verir.