Bu qidalar böyrək daşı yaradır - Həkim SADALADI + VİDEO

"Əgər biz günlük qidalanmada yetərincə maye qəbul etmiriksə, bu zaman sidiyin xüsusi çəkisi artır, qatılaşır və qatılaşmanın fonunda daş əmələgəlmə prossesi daha sürətlə həyata keçir".

Bu sözləri Səhiyyə TV-də yayımlanan "Can Sağlığı" proqramında Baku City Hospitalın uroloq-androloqu Mirhikmət Qiyasov deyib.


O bildirib ki, buna görə də böyrək daşı isti iqlimdə yaşayanlarda daha çox görülür:

"Qəbul etdiyimiz duzun isə əslində birbaşa bir mənası yoxdur. Çünki bizim qəbul etdiyimiz duz natrixlor daşıdır, amma böyrəkdəki daş natrixlor tərkibli deyil. Ancaq çox miqdarda qəbul edilən duz da dolayı yolla daşın əmələ gəlməsində iştirak edir".

Həkimlə əlaqə saxlamaq üçün 050 662 69 92 mobil nömrəsinə zəng edin!