Bu, tale və ya xəstəlik deyil!

30 yaşlarında insanlarda təsadüf edir, təzyiq dərmanından bu şəkildə qurtulmaq olar


Yüksək təzyiq ürək-damar, aortik anevrizma, infarkt və böyrək çatışmazlığı kimi həyatı “zəhər” edən bir çox xəstəliklərə və dünyada hər gün 25 mindən artıq insanın həyatını itirməsinə səbəb olur. Yüksək təzyiqlə bağlı ölümlərin qarşısını almaqla yanaşı müalicə məqsədilə istifadə olunan dərmanlardan azad olmaq isə mümkündür.
 "Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu haqda kardioloq Özləm Bozkaya danışıb. Həkim-kardioloq yüksək qan təzyiqinin xəstəlik olmadığını, ondan xilas olmağın asan yollarını göstərib. Ö.Bozkaya qeyd edib ki, həkimlərin bir çoxu pasiyentlərə qan təzyiqinə qarşı dərman preparatları təyin edir. Bununla yarana biləcək təhlükələri önləməyə çalışırlar. İnsanlar da yüksək təzyiqin artıq onların alın yazısı, taleləri olduğunu və həyatları boyunca dərman qəbul etməli olduqlarını düşünürlər. Halbuki yüksək təzyiqi aradan qaldırmaq və dərmanlardan xilas olmaq mümkündür. “Gündəlik həyatda normal təzyiq 120-80 hesab edilir. Bir çox insan təzyiqini ölçdükdə bundan azacıq yuxarı göstəriciyə dərhal həyəcanlı reaksiya verir, bunu təzyiqin yüksəlməsi hesab edib dərhal dərmana əl atır. Halbuki təzyiqin 120-dən bir qədər artıq olması təzyiq yüksəlməsi hesab edilməz. Təzyiqin yüksəlməsi stresdən, həyəcandan, qorxu və hətta əsəbdən də baş verə bilər. Önəmli olan gün ərzində təzyiqin hansı səviyyədə olmasıdır. Yüksək təzyiq 120-130  mmHg aralığında, aşağı təzyiq isə 80-85 mmHg aralığında olur.  130/90 mmHg üzərində olduqda yüksəkliyin dərəcəsinə görə kliniki olaraq hipertansiyon baxımından dəyərləndirilir. Bəzən insan evdə təzyiqini ölçdükdə normal, xəstəxanada isə yüksək və ya əksinə olur. Buna tibdə “maskalı hipertəzyiq” deyilir. Bəzən gecələr yüksək təzyiq baş qaldırır. Təzyiq “oynaması” gizli təzyiqdən xəbər verir. Gecələr narahat yatan insanlarda təzyiqin qalxması müşahidə edilə bilər. Bu zaman yuxusuzluq, səhər oyandıqda yorğunluq, baş ağırısı, başda ağırlıq hissi olur. Özləm Bozkaya, “yuxunun keyfiyyəti pozulduğu üçün insan gün ərzində enerjisiz və yorğun, yuxuya meyilli görünür. Gün ərzndə baş ağrısı, gərginlik, başda və qulaqlarda uğultu, xışıltı əmələ gəlir. Lakin yüksək təzyiq olduğu zaman heç bir şikayət olmaya da bilər. Buna görə də insanlar il ərzində kardioloji müayinələrdən keçməlidirlər. Bir çox insan yüksək təzyiqi olduğunu müayinələrdən keçdikdə öyrənir və buna çox təəccüb edir. Gizli təzyiq isə daha təhlükəlidir, çünki gözlənilmədən ağır nəticələr verə bilər. Siqaret çəkmək, artıq çəki, piylənmə, nizamsız qidalanma, yuxusuzluq, gecə növbəsində çalışanlar, oturaq hıyat tərzi keçirənlər, stresə məruz qalanların yüksək təzyiq xəstəsi olma ehtimalı daha yüksəkdir.  İnsan özü haqqında “xəstəyəm” söyləməməlidir. Yuxarıda sadalanan halların aradan qaldırılmasına çalışmaqla insan yüksək təzyiqdən xilas ola bilər. Bu halda ona heç bir dərman preparatı lazım olmayacaq. Yüksək təzyiqdən xilas olmaq üçün hər bir insan keyfiyyətli və sağlam həyat tərzi keçirməlidir.