Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.
Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxmərək, su çiçəyi və ya skarlatina deyilir. "Ağız-əl-ayaq" xəstəliyi adlandırılan bu virus Koksaki törədir. Qeyd edilib ki, xəstəlik bəzi hallarda ağırlaşa da bilər.
Pediatr Qoşqar İsmayılov "Sherg.az"a açıqlamasında bu virusların mövsümi xarakter daşıdığını söyləyib:
''Payız fəsli daxil olandan bəri uşaqlar arasında infeksiyon xəstəliklərin sayı artıb. Xususi ilə baxçaya və məktəbəqədər hazırlıqlara gedən azyaşlılarda virus mənşəli infeksiyalar, paraqrib, qrip, influenzalar və onların yaratdığı kataral əlamətlərinə gedən yuxarı-aşağı tənəffüs yolları xəstəlikləri daha çox özünü göstərir. Bununla yanaşı, bir çoxunun bədənində səpkilər yaranır və yüksək hərarət müşahidə edilir. Belə olan halda mütləq həkim-pediatra müraciət etmək lazımdır. Müayinə ilə həkim xəstəliyin qızılca, məxmərək, su çiçəyi və ya skarlatina olub-olmamasını aydınlaşdıracaq. Buna uyğun xəstə müalicə olunacaq. Ümumiyyətlə bu kimi infeksiyalardan qorunmanın müxtəlif yolları var. Məsələn, 2 yaşdan yuxarı uşaqlar qoruyucu maska taxsınlar, yuxu rejiminə riayyət etsinlər, qapalı məkanlara getməmək və düzgün qidalanmaq vacibdir".