Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır - Natiq Məmmədli
Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır - Natiq Məmmədli
08:46 21.10.2024
Media
1056
Bu ilin əvvəlindən yeni metodlarla dövlət başçısına qarşı kibertəhdidlərin şahidi olduq. Müxtəlif hiperlinklər yaradılır və saxta müsahibələr paylaşılırdı.
Sherg.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "COP29-a qarşı hibrid təhdidlər" mövzusunda ictimai müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O qeyd edib ki, burada məqsəd Azərbaycan insanının fikrini çaşdırmaq, informasiya mühitini çirkləndirmək və ölkəmiz haqqında düzgün məlumatların qarşısını almaqdır.
"Dezinformasiyalar daha çox sosial şəbəkələr üzərindən yayılır. Medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da, bu, Qərb mediası üçün xarakterikdir. Neqativ tendensiyalara qarşı mübarizə formaları var.
Manipulyasiya ilə məşğul olan media subyektləri öz ölkələrinin ictimai rəyini çaşdırır. Bu, beynəlxalq media əxlaqı ilə ziddiyyət təşkil edən fəaliyyətdir. Azərbaycan haqqında ölkədən kənarda dolğun məlumat formalaşdırmağı başqa heç bir ölkənin mediasından gözləməli deyilik.
Bu, Azərbaycan mediasının əsas funksiyasıdır. Azərbaycan həqiqətlərini mediamız doğru, düzgün və dolğun formada dünyaya çatdıra bilər. Mediamız fəaliyyətini bu istiqamətdə müasir çağırışlara cavab verərək, qurmaqdadır. Təbii ki, tam ideal səviyyədə deyil. Bu, istiqamətdə fəaliyyətimizi davam etdirməliyik", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm