Bananlar tropik zonalarda yetişən meyvədir. əvvəl yaşıl rənglə başlayır və yetişdikdə sarıya çevrilirlər. Bu proses günəş işığı altında və istiliyin köməyi ilə baş verir.
Sherg.az xəbər verir ki, banan yetişəndə etilen adlı qaz buraxır. Bu qaz onların rəngini dəyişməyə və şirin olmağa kömək edir. Amma banan çox uzun müddət və ya yanlış temperaturda saxlanılarsa, xarab olmağa başlaya bilər.
Bananın üzərində qara nöqtələr meyvələr qocalmağa başlayanda görünür. Bu, bananın artıq yetişdiyinə işarədir.