"Paytaxt" salatı (“Olivye”) kimi tərkibində konservlər, bişmiş yumurta olan salatlar ən tez xarab olan qidalardandır. Onları yalnız 6 saat ərzində istehlak eləmək lazımdır.
Axar.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” bəzi ərzaqların saxlanma müddəti ilə bağlı xəbərdarlığında bildirib.
“İkinci yerdə dəniz məhsulları ilə olan, amma sous əlavə edilməmiş yeməklərdir. Onları soyuducuda 12 saat saxladıqdan sonra atmaq məsləhətdir.
Tərəvəz, ət və ya hisə verilmiş məhsullardan hazırlanan salatların əksəriyyəti soussuz olduqda 18 saat saxlanıla bilər, amma sous əlavə edildikdə bu müddət 12 saata qədər azalır. Mütəxəssislər salatlara sousu servis zamanı əlavə etməyi tövsiyə edir.
Saxlanılma müddətinə görə tez xarab olan məhsullar marinadlanmış, turşu və ya duzlu tərəvəzlərdən hazırlanan salatlardır. Bu ərzaqları 36 saat saxlamaq lazımdır”, - məlumatda qeyd olunur.