2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 1 924,3 min manat dəyərində dərman istehsal olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,7% azdır.
Cari ilin martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 586,6 min manat dəyərində hazır məhsul ehtiyatı mövcud olub.
Qeyd edək ki, hesabat dövründə 1,3 milyon ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 62,5% artım deməkdir. Martın 1-nə hazır məhsul ehtiyatı isə 800 min ədəd təşkil edib.