Effektiv "qurd çayı" resepti

Bəzi xalq təbabəti üsulu ilə də parazitlərdən xilas olmaq mümkün ola bilər.

Medicina.az parazitləri aradan qaldıran təbii çay reseptini təqdim edir:

Sarımsaq - 1 diş

Zəncəfil – 1 dilimi

Darçın 1/2 xörək qaşığı

Balaca qazan götürüb zəncəfili və sarımsağı içinə doğrayın. Daha sonra darçın və bir stəkan təmiz su da əlavə edib qarışdırın. Su zəif odda qaynadıqdan sonra kənara çəkin. Soyuması üçün 5 dəqiqə müddətində gözləyin.

Soyuduqdan sonra zövqə görə bir qədər bal əlavə edə bilərsiniz.

İstifadəsi:

Bu çayı yeməkdən əvvəl gündə 2-3 dəfə için.