Kürəkdə ağrılar onkoloji səbəbdən ola bilər - QIRMIZI XƏTT

Kürəkdə ağrılar, istər kişi, istər qadın təkcə onurğa, yırtıq ağrısı olmur. Bu 2 ciddi səbəbdən də ola bilər: ürək və xərçəng.

“Medicina” xəbər verir ki, onkoloq Merilin Norton hansı növ hallarda beldə ağrının xərçəngdən olmasını açıqlayıb.

“Bu xərçəngin qeyri-adi, az ağlagələn, yayındırıcı simptomu ola bilər. Adətən kürəkdə yayıcı və deşici ağrı böyrək, ağciyər, süd vəzi, prostat, uşaqlıq və mədə xərçənglərində olur.

Xüsusən ilkin mərhələdə bu ağrılara fikir vermək lazımdır. Adətən xəstələr nevroloq müalicələri ilə vaxt itirir.

Onkoloji səbəbdən kürək ağrısının bir özəlliyi – gecələr, yatanda, yuxuda belə hiss olunması, dərman və s. keçməməsi, zamanla güclənməsi və insanı halsız etməsidir.

Yanaşı olaraq, heç vaxt beli ağrımayan istər yaşlı, istər gənc insanda bu ağrı yaranarsa və 1 ay ərzində keçməzsə geniş yoxlanmağa ehtiyac var.

Əlavə olaraq, çəkidə azalma, yorğunluq, qarında ağrı, öskürək, qanlı bəlğəm olarsa, onkoloqa müraciət olunmalıdır”.