Saqqız insan orqanizminə daxil olan mikroplastiklərin mənbəyidir. Amerikanın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, bir ədəd saqqız çeynədiyiniz zaman tüpürcəyinizə yüzlərlə, bəzən də minlərlə mikroskopik hissəciklər buraxılır. Bu barədə Amerika Kimya Cəmiyyəti (ACS) məlumat yayıb.
Tədqiqatçılar beşi sintetik, beşi isə təbii əsaslı on məşhur saqqız markasını sınaqdan keçiriblər. Təcrübədə bir nəfər nümunəni dörd dəqiqə çeynəyib və sonra hər 30 saniyədən bir tüpürcək nümunələrini toplanıb.
Məlum olub ki, hər bir saqqız orta hesabla 1 qramda 100-ə yaxın, bəzi hallarda isə hər qramda 600-ə qədər plastik hissəciklər buraxır. Adi bir saqqız parçasının çəkisi 2 ilə 6 qram arasında olduğundan, bir böyük saqqız üç minə qədər mikroplastik hissəcik buraxa bilər.
Üstəlik, sınaqdan keçirilmiş bütün saqqızlarda eyni polimerlər olub: poliolefinlər (o cümlədən polietilen və polipropilen), polietilen tereftalat (PET), poliakrilamidlər və polistirol. (Saglamolun.Az)
Ən böyük hissəciklər çeynəmənin ilk iki dəqiqəsində ayrılıb - bütün buraxılan hissəciklərin 94%-i səkkiz dəqiqədən sonra qeydə alınıb.