Kremlin namizədi bəlli oldu - Paşinyanı generalla devirmək istəyirlər
Yusif Nəzərli
06:47 29.05.2025
Cənubi Qafqaz
366
Müxalif “Biz Oyağıq” Hərəkatı Ermənistan Milli Təhlakəsizlik Xidmətinin sabiq direktoru general Artur Vanetsyanın baş nazirliyə namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, Vanetsyanın namizədliyi ilə bağlı sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında fikir ayrılığı var:
“Biz Oyağıq” hərəkatının Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü üçün ən çox ehtimal olunan namizəd “Vətən” partiyasının sədri Artur Vanetsyandır.
Serj Sərkisyanın komandası üçün Vanetsyan məqbul namizəd kimi görünür, Robert Köçəryan isə prosesin özünə şübhə ilə yanaşır. Köçəryanın komandası (deputat) İşxan Saqatelyan vasitəsilə Vanetsyana bəzi mesajlar verib ki, nəticəsi əvvəldən müəyyənləşən ümidsiz prosesə girməyə ehtiyac yoxdur.
Həmçinin məlumata görə, Vanetsyan öz namizədliyi ilə bağlı 8 deputatın imzasını toplaya bilsə, parlamentdəki müxalif fraksiyalardan 28 deputatın dəstəyini alacaq”.
“Hraprak” Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbərinin Rusiyaya səfərinə də diqqət çəkib:
“Artur Vanetsyanın hazırda Moskvada olması barədə məlumat əldə etmişik. Yaxınları bizə bildiriblər ki, o, namizədliyi ilə bağlı Moskvada yaşayan qardaşı ilə məsləhətləşməyə gedib, mayın 31-də qayıdacaq. Siyasi dairələr onun səfər zamanı (Kremldə) bəzi Rusiya rəsmiləri ilə də görüşəcəyini istisna etmirlər”.
Ermənistan hökumətinə bağlı media Artur Vanetsyanı Rusiya xüsusi xidmət orqanlarına yaxşı fiqur kimi təqdim edir. Mənbələrə görə, Köçəryan və Sərkisyanın namizədliyinin cəmiyyət arasında narazılıq yaradacağını güman edən Moskva Vanetsyanın namizədliyini nəzərdən keçirir. Ötən həftə Rusiyada səfərdə olan Robert Köçəryanla Kremldə Paşinyanın impiçmenti prosesi ilə yanaşı, bu məsələnin də müzakirə olunduğu bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə