ABŞ hökumətində İran müəmması: "Heç kim onunla danışmır"
09:39 20.06.2025
Gündəm
325
ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi müdaxilə planları yalnız dar bir müşavir qrupu tərəfindən hazırlanır. İddialara görə, müdafiə naziri Pit Hegseth bu prosesdən kənarda saxlanılıb. "The Washington Post" qəzetinə danışan bir hökumət rəsmisi bildirib: “Heç kim Hegseth ilə danışmır.”
Sherg.az xəbər verir ki, İsrail-İran müharibəsinin gərginliyi artarkən, Trampın müdaxilə qərarı gözlənildiyi bir vaxtda Hegseth prezidentin müşavir heyətindən ayrılıb. Hazırda Trampa birbaşa məsləhət verən əsas heyətə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif və Birləşmiş Qərargah rəisi general Den Keyn daxildir.
Pentaqondan ziddiyyətli açıqlamalar
Pentaqon Hegsethin prosesdə iştirak etdiyini bildirsə də, ABŞ hökumətindən üç mənbə onun nə əməliyyat planlamasına, nə də brifinqlərə cəlb olunduğunu deyir. Onların sözlərinə görə, əsas koordinasiya generallar Kurilla və Keyn tərəfindən aparılır, Hegseth isə tamamilə kənarda saxlanılıb.
Gizli məlumat sızması etimadı sarsıtdı
Xatırladaq ki, bu ilin əvvəlində Hegseth və Tulsi Qabbard müdafiə rəhbərliyinə gətirilmişdi. Başlanğıcda güclü rol oynasa da, sonradan Hegsethə olan etimad azalıb. Səbəblərdən biri kimi, Yəməndəki husilərə qarşı əməliyyatlarla bağlı məxfi məlumatların yanlışlıqla bir jurnalistin daxil olduğu qrupda paylaşılması göstərilir. Bu sızma beynəlxalq medianın da diqqətini çəkmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya