Qahirədə iki yaşayış binası uçub: Ölən və yaralananlar var
Yusif Nəzərli
22:55 18.07.2025
Dünya
326
Misirin paytaxtı Qahirənin qədim məhəllələrinin birində və Şubra rayonunda iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, dağıntılar altında qalanların axtarışı davam etdirilir. Bildirilir ki, binalardan birinin söküntüsü planlaşdırılırdı və sakinlər bir müddət əvvəl təxliyə edilib.
Misirdə, xüsusilə Qahirə və İsgəndəriyyədə köhnə binaların uçması halları son vaxtlar artıb. Bildirilir ki, Misirdə, ümumiyyətlə tikinti normalarına cavab verməyən 7 milyondan çox bina vardır. Təkcə son illərdə binaların tikintisində iki milyondan çox pozuntu qeydə alınıb.
Misirin Nümayəndələr Məclisi bu problemin həlli məqsədilə xüsusi komissiya formalaşdırıb. Komissiya tikinti normalarına cavab verməyən və dağılmaq üzrə olan binaları qeydə alır, sakinlərinin isə başqa yaşayış binaları ilə təmin edilməsi məsələsi ilə məşğul olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə