Türkiyənin Düzcə şəhərində anadangəlmə əyripəncə (çarpıq ayaq) qüsuru ilə dünyaya gələn 51 yaşlı Məlek Kandil uğurlu əməliyyatdan sonra həyatında ilk dəfə ayaqqabı geyinib.

Sherg.az xəbər verir ki, iki uşaq anası olan qadın diz ağrıları ilə xəstəxanaya müraciət etdikdən sonra həkimlər problemin ayağındakı anatomik qüsurdan qaynaqlandığını müəyyən ediblər. Riskli hesab edilən iki mərhələli əməliyyat uğurla başa çatıb və qadının ayağı normal vəziyyətə gətirilib.
Məlek Kandil bildirib ki, ömründə ilk dəfə ayaqqabı geyinə bildiyi üçün çox xoşbəxtdir: “Dünyalar mənim oldu. Doğulduğum gündən 50 yaşımadək heç vaxt ayaqqabı geyinməmişdim”.
