Orqan təyyarə ilə başqa şəhərə göndərilib və xəstəyə uğurla köçürülüb
Rizədə müalicə aldığı xəstəxanada beyin ölümü baş verən 96 yaşlı Refiye Kıdalın bağışlanan qaraciyəri, Malatyada orqan gözləyən bir xəstəyə transplantasiya olunub və ona yeni həyat ümidi verib.
Sherg.az xəbər verir ki, həkimlərin bildirdiyinə görə, xəstənin orqan vəsiyyəti ilə bağlı əvvəlcədən razılığı olub və ailəsinin icazəsi ilə tibbi proses həyata keçirilib. Yaşına baxmayaraq qaraciyərin transplantasiya üçün yararlı olduğu müəyyən edilib.
Orqan Rize Dövlət Xəstəxanasında götürülərək TSK-a məxsus təyyarə ilə Malatyaya göndərilib və uğurla köçürülüb.