Arıqlaya bilmirsiniz? Səbəb bağırsaqlarınız ola bilər

Pəhriz saxlayır, idman edir, amma yenə də çəki verə bilmirsinizsə, səbəb bağırsaq sağlamlığı ilə əlaqəli ola bilər.

Sherg.az xəbər verir ki, türkiyəli həkim Osman Müftüoğlu son illərdə alimlərin diqqət mərkəzində olan “Akkermansia muciniphila” adlı bakteriyanın arıqlama prosesində mühüm rol oynadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, bu bakteriya bağırsaq divarını qoruyur, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və insulin müqavimətinin azalmasına kömək edir. İnsulin müqaviməti isə artıq çəkidən xilas olmağı çətinləşdirən əsas amillərdən biri hesab olunur.

Professor qeyd edib ki, bağırsaq mikroflorasının sağlam olması çəkiyə nəzarətdə mühüm rol oynayır.