Türkiyənin Bursa şəhərində beyin qanaması keçirdikdən sonra beyin ölümü baş vermiş ailə həkimi Dr. Abdülkadir Hüroğlunun orqanları ailəsi tərəfindən bağışlanıb.
Sherg.az xəbər verir ki, Hüroğlunun iki böyrəyi və qaraciyəri üç xəstəyə həyat vedib, korneaları isə iki xəstəyə görmə imkanı verəcək.
Hüroğlu, 28 fevralda anevrizmatik beyin qanaması diaqnozu ilə Yüksek İhtisas Eğitim ve Araştırma xəstəxanasına yerləşdirilmişdi. Üç günlük müalicədən sonra beyin ölümü təsdiqlənib.
Səhiyyə Nazirliyi koordinasiyasında, Bursa vilayət orqan nəqli idarəsi ailəyə bağışlama prosesi barədə məlumat verib və razılıq alındıqdan sonra əməliyyatla Hüroğlunun orqanları götürülüb. Orqanlar, Bursadakı müvafiq xəstəxanalarda həyatı gözləyən beş xəstəyə çatdırılıb.