Çiyələk sevənlər üçün maraqlı və faydalı bir resept yayılıb. Mütəxəssislər bildirirlər ki, bir çox insanın tulladığı çiyələk yarpaqları və sapları əslində yeyilə bilən və istifadə oluna bilən hissələrdir.
Çiyələk yarpaqlarından sirkə necə hazırlanır? Sherg.az təqdim edir:
Çiyələk sirkəsi hazırlamaq üçün ən uyğun dövr çiyələklərin tam yetişdiyi mövsümdür.
Lazım olanlar:
Yarım fincan çiyələk yarpağı
Yarım fincan ağ sirkə və ya üzüm sirkəsi
Şüşə banka
Hazırlanma qaydası:
Çiyələk yarpaqları banka yerləşdirilir və üzərinə sirkə əlavə olunur. Qarışıq ən az 2 gün otaq temperaturunda saxlanılır. Bu müddət ərzində sirkə tədricən rəng alır və çiyələk aroması ilə zənginləşir. Daha sonra adi sirkə kimi istifadə oluna bilər. Salatlara əlavə etmək də mümkündür.
Çiyələk sirkəsinin faydaları
Çiyələyin antioksidant və vitaminlərlə zəngin olduğu bildirilir. Sirkə formasında istifadəsi ilə bağlı isə aşağıdakı faydalar qeyd olunur:
Orqanizmi canlandırmağa kömək edir
Ağız içi yaraların sağalmasına dəstək ola bilər
Dəri ləkələrinə qarşı istifadə edilir
Sızanaq və akne problemlərinə müsbət təsir göstərə bilər
Mütəxəssislər bu kimi təbii məhsulların qida israfının qarşısını almaq və alternativ istifadə yolları yaratmaq baxımından faydalı olduğunu bildirirlər.