Havaların tez-tez dəyişməsi müxtəlif xəstəliklərin artmasına səbəb olub. Mütəxəssislər bildirirlər ki, COVID-19 virusu hələ də aktivdir və insanları yoluxdurmağa davam edir.
Sherg.az xəbər verir ki, testlərin az aparılması səbəbindən bir çox insan COVID-ə yoluxduğunu bilmədən xəstəliyi keçirir. Sağlam yetkinlərdə xəstəlik adətən yüngül keçsə də, 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəliyi olanlar üçün ciddi fəsadlar yaradır.