Dikdaban geyinənlərə xəbərdarlıq: PROFESSOR AÇIQLAYIR

Günboyu dikdaban geyən xanımların ayaqlarında ağırlıq, şişkinlik və yorğunluq yaranır.

Bir müddət sonra, bu problemlər əməliyyata səbəb olan xəstəliklər yaradır. Mövzu ilə bağlı PROFESSOR, CƏRRAH-FLEBOLOQ DR. VÜQAR FƏTTAH-PUR STV Xəbərə danışıb.

Professor bildirib ki, dikdaban ayaqqabılar geyməyii tövsiyə etmir. Çünki daimi hündür dabanlı ayaqqabı geyinən pasiyentlərdə damar genişliyi müşahidə edilir. 

Fəttah-Pur 3 santimetrdən yüksək olan dikdabanların sağlamlığa ziyan olduğunu bildirib. 

Mütəxəssis vurğulayıb ki, geyimdə əsas meyar estetikadan əvvəl rahatlıq olmalıdır; uzun müddət dikdaban ayaqqabı geyinmək damar və oynaq problemlərini artırır.

İnsan dəbli yox, sağlam olmalıdır, deyə həkim fikrini tamamlayıb.