Həyatınız bəlkə də nəzarətdən çıxıb. Daha planlı və nizamlı olmaq üçün bəzi tövsiyələr bunlardır. Sherg.az təqdim edir:
1. Prioritetlərinizi bilin
İnsanların zehni qarışa bilər, bu normaldır, amma nə vaxt çoxalıb və ya düzəltmək üçün gecikilib? Məktəbdə və ya işdə əsas vəzifələrinizi bilin. Təcili layihələr təxirə salınmamalıdır. Bunlara fokuslanın, bitirdikdən sonra zamanınızı ən çox hansı sahələrə sərf etdiyinizi düşünün. Görməli olduğunuz, amma laqeyd qaldığınız fəaliyyətlər hansılardır? Prioritetlərinizi bilmək həyatınızın nəzarətini ələ almağı asanlaşdıracaq və sizi problemlərdən uzaq tutacaq.
2. Zamanınızı yaxşı təşkil edin
Əgər hələ təşkilatlanmamısınızsa, daha çox vaxt itirməyin! Zamanınızı düzgün idarə etmək həyatınızı asanlaşdırır. Kağız üzərində köhnə üsulla və ya smartfonunuzun imkanlarından istifadə edərək, planlı olun və bu plana əməl edin.
3. Siyahı hazırlayın
Alış-veriş siyahısı kimi, gələcək ehtiyaclar və gözləntilər üçün siyahı hazırlayın. Beləliklə, unutmadan həyata keçirə bilərsiniz. Yaxşı təşkil edilmiş siyahılar sizə vizual göstərici təmin edəcək. Artıq bu vərdişiniz varsa, hər gün əsas işlərinizi müəyyənləşdirin və gün ərzində siyahıdakıları tamamladıqca üstünü çizin və ya işarələyin.
4. Qısa yollar yaradın
Həyatınızı sadələşdirməyin başqa bir yolu etdikləriniz üçün qısa yollar yaratmaqdır. Texnologiyanın imkanları sonsuzdur, amma onlardan istifadə edərkən zehininizin qarışmasına icazə verməyin. Gün ərzində ən çox istifadə etdiyiniz proqramların qısa yolları hazır olmalıdır ki, işləriniz daha sürətli getsin.
5. Rutininiz olsun
Həyatınızın nəzarətini ələ almağın ən yaxşı yollarından biri bəzi rutinlərə sahib olmaqdır. Rutinlərin əsas ideyası insanların özünü təhlükəsiz və rahat hiss etməsidir – hər şey plan üzrə irəliləyir.
6. Sosial media istifadəsini məhdudlaşdırın
Bu gün sosial mediaya o qədər çox vaxt ayrılır ki, bu, elmi araşdırmalarda asılılıq kimi göstərilir. Sosial media görməli olduğunuz işləri təxirə salmaq üçün ən böyük bəhanə ola bilər. İnternetdə lazım olandan çox vaxt sərf etməyin, real həyatı virtual həyatla əvəz etməyin.
7. Müxtəlif çevrə dostlarını ayırın
İş yoldaşlarınız sosial həyatınıza nə qədər qarışsa, işlər bir o qədər dolaşıq olur. İş həyatınızı və şəxsi həyatınızı ayrı saxlamaq üçün xüsusi səy göstərin. İş yoldaşlarınızın gözündə peşəkarlığınızı itirmək istəməzsiniz, deyilmi?
8. Düzgün insanlarla vaxt keçirin
Kiminlə zaman keçirəcəyinizi düzgün seçmək vacibdir, çünki vaxtınız dəyərlidir. Bu qərarı vermək üçün bir neçə sual kömək edə bilər:
Onun yanında rahat hiss edirsinizmi? Çox işləyirsinizsə, hər gün kifayət qədər istirahət edə bilməzsiniz, buna görə iş saatlarından kənar özünüz ola bilmək çox önəmlidir.
Sizi əsəbiləşdirən bir şey olduğunda bunu ifadə edə bilirsinizmi? Həqiqətləri olduğu kimi paylaşa bildiyiniz insanlarla vaxt keçirin. Maska taxan insanlara vaxt ayırmaq faydasızdır.
Onun yanında xoşbəxt və məmnun hiss edirsinizmi?
Sizinlə dürüstdürlərmi? Dostlarınızın sizin onlara olduğunuz qədər dürüst olması vacibdir. Həqiqət bəzən eşitmək istəmədiyiniz şey ola bilər, amma əsl dost bunu sizə səmimiyyətlə deyəcək.