Körpələr üşüyürmü? - İZAH

Yeni doğulan körpələr bədən istiliyini tam tənzimləyə bilmədikləri üçün tez üşüyürlər. Bu səbəbdən onların düzgün geyindirilməsi və otaq temperaturunun 20–22°C arasında saxlanılması vacibdir.

Sherg.az xəbər verir ki, mütəxəssislərə görə körpələr üçün normal bədən temperaturu 36.5–37.5°C sayılır. Körpənin sinə və ya boyun nahiyəsi sərin hiss olunursa, bu üşümə əlamətidir, əksinə, isti və tərlidirsə, həddindən artıq isinmiş deməkdir.

Körpəni qat-qat, amma yüngül geyindirmək, otaq temperaturunu nəzarətdə saxlamaq və onu mütəmadi yoxlamaq sağlamlığı üçün əsas şərtlərdir.