Miqren ilə bağlı Türkiyədə aparılan yeni elmi araşdırma xəstəliyə fərqli baxışı ortaya qoyub. Məlum olub ki, miqren sadəcə baş ağrısı deyil, beynin məlumat emalı ilə birbaşa əlaqəli mürəkkəb nevroloji prosesdir.
Sherg.az xəbər verir ki, Ankara Universiteti və Nörobilim və Nöroteknologiya Mükəmməlliyyət Mərkəzi (NÖROM) tərəfindən aparılan tədqiqat göstərib ki, migrenli insanların beyni təkrarlanan görsel siqnalları “filtrləyə” bilmir. Normal beyində eyni stimullar zamanla zəifləyir, lakin miqrenli beyində əksinə, bu reaksiyalar daha da güclənir.
Araşdırmaya görə, bu proses beynin ön hissəsində yerləşən və yüksək səviyyəli idarəetmə mərkəzi sayılan orbitofrontal korteksdə baş verir. Bu bölgə gələn siqnalların təhlükəli və ya zərərsiz olduğunu müəyyən edir.
Mütəxəssislər bildirirlər ki, bu mexanizm miqren xəstələrinin işığa həssaslığını və bəzi vizual stimullardan niyə narahat olduqlarını izah edə bilər. Yəni, miqren sadəcə ağrı deyil, həm də duyğusal məlumatların səhv emalı ilə bağlıdır.
Tədqiqat həmçinin göstərib ki, bu fərqlər miqren tutması olmayan dövrlərdə belə müşahidə edilir. Bu isə xəstəliyin beynin ümumi fəaliyyətində dərin izlər buraxdığını göstərir.
Nəticə olaraq, bu kəşf miqrenin səbəblərini anlamaqda mühüm addım kimi qiymətləndirilir və gələcəkdə daha effektiv müalicə üsullarına yol aça bilər.