“Omicron” çözüldü
Yusif Nəzərli
07:15 24.12.2021
Sağlamlıq
680
Alimlər dəqiq məlumat verdi, fəlakətə yol açmayacaq
“New York Times” qəzetinin xəbərinə görə, Afrika və Avropada alimlərdən ibarət 3 fərqli qrup “Omicron” variantı ilə bağlı ilk məlumatları açıqlayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, koronavirusun hazırkı variantı ilə bağlı Güney Afrika, İngiltərə və İsveçdə fərqli qruplar halında tədqiqat aparan alimlərin gəldiyi nəticə ümidvericidir. Tədqiqatlar nəticəsində məlum olub ki, “Omicron”un yoluxduruculuğu sürətli olsa da, böyük fəlakətə yol açmayacaq.
Araşdırmalar Güney Afrika, İngiltərə və İsveçdə “Omicron” variantına yoluxmuş insanlarla bağlı aparılıb. Məlum olub ki, yoluxma sayı artsa da, “Omicron” əvvəlki ştamlarla müqayisədə daha az öldürücüdür. “Omicron”a yoluxmuş insanların xəstəxanaya yatırılma faizi də böyük deyil. Bu ştamma yoluxanlar arasında ağır halda xəstəxanaya gətirilənlər azdır. Atlanta Emori Universitetinin biostatisti Natali Din “bu variantın hər yerə ulaşa bildiyi və çox yoluxucu olduğu diqqətə alınarsa və qabaqlayıcı tədbirlər görülərsə, pandemiya zəifləyəcək və hər şey daha gözəl olacaq” deyib.
Yeni araşdırmaya görə, “Omicron” variantını “Delta”ya nisbətən daha az təhlükəli edən onun bioloji özəlliklərə malik olmasıdır. Adları çəkilən ölkələrdə “Omicron”dan ağırlaşma hallarının az olmasının bir səbəbi həm də peyvəndləmədə yüksək faiz göstəriciləri hesab edilir. Peyvənd olunanların çoxu ciddi xəstəliklərə qarşı qorumaya sahibdir. Yeni araşdırma ümidverici olsa da, alimlər tədbirləri əldən verməməyə çağırır, çünki “Omicron” əvvəlki variantlara nisbətən daha asan və sürətlə yayılır. Los-Anceles California Universitetinin biostatistik mütəxəssisi Kristina Ramirez də “təşviş yaratmaq istəmirəm, amma tədbirləri əldən verməməliyik”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm
ABŞ-nin İranda vuracağı hədəflər açıqlandı
17:03 19.05.2026
Gündəm