“Omikron” ştamı Azərbaycanda böyük təhlükə doğurmayacaq - Həkim-infeksionist
17:27 26.12.2021
Sağlamlıq
619
"Əsas əlamətlər baş və boğaz ağrısı, mədə-bağırsaq pozuntusu və diareyadır"
Yeni növ koronavirusun (COVID-19) sürətlə yayılan "omikron" ştamı artıq qonşu ölkələrdə də qeydə alınır. Virusa yoluxma nəticəsində ölüm hallarının sayı da artıb. Həkimlər bildirirlər ki, "delta" ilə müqayisədə daha təhlükəli sayılan bu virusa yoluxma zamanı temperatur uzun müddət enmir.
Sherg.az Azərtac-a istinadən bildirir ki, həkim-infeksionist Aytən Ziyadova deyib:
"Omikron" ştamında əsas qeyd olunan əlamətlər baş və boğaz ağrısı ilə yanaşı, mədə-bağırsaq pozuntusu, diareya və s.-nin olmasıdır. Həmin əlamətlərin müşahidə edildiyi halda diqqətli olmaq tələb olunur. Pandemiya dövründə yaşadığımıza görə həmin əlamətlər, o cümlədən yuxarı tənəffüs yollarına aid olan bütün əlamətlər olanda mütləq COVID-ə qarşı analiz vermək lazımdır. "Delta" ştamıında daha çox intoksikasiya əlamətləri çox sürətlə inkişaf etdiyi halda, "omikron" ştamında sürətli gediş və ağırlaşmalar az müşahidə olunur".
"Omikron" ştamı artıq əksər ölkələrdə yayılıb. Ölkəmizdə isə yeni ştama həllik rast gəlinməyib. Həkim-infeksionistin dediyinə görə, bunun başlıca səbəbi peyvəndləmənin vaxtında və mütəmadi aparılmasıdır. Lakin son günlər qonşu ölkələrdə baş verənlər onu deməyə əsas verir ki, daha diqqətli davranmalı, təhlükənin çox yaxında olduğunu unutmamaq lazımdır: "Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, vətəndaşların vaksinasiyası aparılır və bu proses intensiv olaraq davam edir. Bununla yanaşı xeyli xəstələnib sağalananlar var. Bütün bunlar kollektiv immuniteti möhkəmlədir. Ona görə də həmin ştam yayılacağı təqdirdə belə digər ölkələrdə olduğu kimi böyük təhlükə doğurmayacağı və intensiv xarakter almayacağını güman etmək olar".
Xatırladırıq ki, ötən gün Tehranda "omikron" ştamına ilk yoluxma baş verməsi barədə məlumat yayılıb. Bundan başqa Rusiyada 25, Türkiyədə 6, Gürcüstanda 2 yoluxma faktı qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region