Pişiklər üçün ölümcül təhlükəli olan qida açıqlandı

Pişik sahibləri yaxşı bilirlər ki, ev heyvanlarını insan süfrəsindən qalan yeməklərlə qidalandırmaq onlar üçün ölümcül ola bilər. Xüsusilə duzlu balıq pişiklər üçün çox zərərlidir.

Sherg.az xəbər verir ki, bu barədə rus baytar həkim Mixail Şelyakov məlumat verib.

"Normal halda pişik balığı nadir hallarda yeyir. Duz, ədviyyələr, dad gücləndiriciləri və rəngləndiricilər - bütün bunlar mağazadan alınan balığın tərkibində ola bilər və bu da heyvanın sağlamlığı üçün çox zərərli və təhlükəlidir", - deyə baytar bildirib.

Baytar əlavə edib ki, balıq həm də travma mənbəyidir. Çünki balıq sümüyü bağırsaqda ilişə bilər və tıxanma yarada bilər.

Bundan əvvəl KP.RU xəbər verib ki, pişiklər üçün yağlı ət növləri, hazır qiymə, kolbasa məhsulları, hisə verilmiş qidalar, şirniyyatlar və insanlar üçün nəzərdə tutulmuş konservlər də qəti şəkildə uyğun deyil. Bu məhsullar quyruqlu dostlarda ciddi zəhərlənməyə səbəb ola bilər.