Səhər yeməyində yumurtanın yer alması sağlam qidalanma baxımından düzgün seçim hesab olunur.
Bu barədə “Zdorovye Mail” portalına danışan endokrinoloq-dietoloq Natalya Kovaleva bildirir ki, yumurta həm qida dəyəri, həm də faydalı tərkibi ilə ideal səhər yeməyi variantıdır.
Mütəxəssisin sözlərinə görə, sağlam insan gündə 1–2 yumurta qəbul edə bilər. Bir ədəd yumurta orqanizmin gündəlik zülal ehtiyacının təxminən 10 faizini ödəyir, həmçinin yağlar, fosfolipidlər, vitaminlər və mikroelementlərlə zəngindir.
Xüsusilə selen, yod, sink və mis kimi vacib maddələrin əhəmiyyətli hissəsini təmin edir.
Yumurta yüksək keyfiyyətli zülal mənbəyidir və tərkibində orqanizm üçün vacib olan bütün amin turşuları mövcuddur.
Bu, əzələ kütləsinin qorunması və bərpası üçün mühüm rol oynayır.
Eyni zamanda yumurtada D, A və B qrup vitaminləri yer alır ki, bu da immun sisteminin güclənməsinə, sinir sisteminin düzgün fəaliyyətinə və görmə qabiliyyətinin qorunmasına dəstək verir.
Dietoloq tövsiyə edir ki, yumurta mümkün qədər az yağla bişirilsin və tərəvəzlərlə birlikdə istehlak edilsin.
Bu halda həm qida dəyəri artır, həm də yemək daha balanslı olur.
Sherg.az xəbər verir ki, səhər yeməyində yumurta ilə bağlı Azərbaycanlı həkimlərin tövsiyələrinə gəldikdə isə Azərbaycan Tibb Universitetinin Tədris‑Təcrübə Mərkəzinin endokrinoloqu, diyetoloq həkim Elçin Əlizadə deyir ki, yumurta zülal və vacib qida maddələri ilə zəngindir, səhər yeyildikdə uzun müddət toxluq hissi verir.
Gündə 1‑2 yumurta diabet və ürək xəstəlikləri riski yaratmadan sağlam pəhrizin tərkib hissəsidir.
Yumurtanın sarısı xolesterin mənbəyi olsa da, normal sağlam insanlarda bunların gündəlik qəbulu ümumiyyətlə təhlükəli hesab olunmur; lakin xolesterin problemi olanlar və həkim məsləhəti ilə miqdarı tənzimləməlidir.
Ümumiyyətlə Azərbaycan dietoloqları səhər yeməyində yumurtanın faydalarını vurğulayır, amma hər kəs üçün fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.