Kocaelidə yaşayan 38 yaşlı Nurdan Tem 103 kilo ilə başladığı dəyişim prosesində 27 kilo verərək 76 kiloya düşüb.
Sherg.az xəbər verir ki, pandemiya dövründə hərəkətsizlik və nizamsız qidalanma səbəbindən kökələn Tem, daha sonra Kocaelidəki “Ana Şəhər Mərkəzləri”ndə idman və qidalanma dəstəyi alaraq həyat tərzini dəyişib.
O, arıqlama prosesində əsas dönüşün “pəhriz yox, düzgün qidalanma vərdişi öyrənmək” olduğunu bildirib. Porsiya nəzarəti, qida balansı və aclıq hissini düzgün anlamağın nəticəni dəyişdirdiyini vurğulayıb.
Hazırda daha aktiv həyat tərzi sürən Tem gündəlik 6,5 km yeriməyi vərdiş halına gətirib, sosial həyata qayıtdığını və özünə inamının artdığını deyib. Eyni zamanda direksiya təlimçisi olmaq üçün təhsil aldığını da qeyd edib.