Türk mütəxəssisin 7 məsləhəti
Yusif Nəzərli
08:45 22.12.2021
Sağlamlıq
780
Boğaz ağrısı, öskürəyə qarşı çox təsirlidir
Qış gəldi. Boğaz ağrısı, öskürək, əzginlik də artdı. Onsuz da əhali koronavirus və qripəbənzər xəstəliklərdən əziyyət çəkir. Qışın gəlişi, havaların daha da soyuması xəstələnmə təhlükəsini artırır. Mütəxəssislər adətən soyuq aylarda boğaz ağrısı, öskürəklə “start” götürən yuxarı tənəffüs yolları xəstəlikləri – respirator xəstəliklərə qarşı təsirli vasitələr məsləhət görür. Bu vasitələr yuxarı tənəffüs yollarındakı bakteriya və virusları “beşikdəcə boğmağa” kömək edəcək. “Şərq” “Milliyet.com”a istinadən fitoterapiya mütəxəssisi doktor Buğra Buyrukçunun 7 məsləhətini oxuculara təqdim edir:
1. Üyüdülmüş qara istiotla ballı çay. Bir çay qaşığı yenicə üyüdülmüş qara istiotla 2 yemək qaşığı balı bir stəkanda qarışdırın. Kənarda saxladığınız isti suyu stəkandakı qarışığın üzərinə əlavə edin. 10 dəqiqə üzərini örtüb dəm almasını gözləyin. Sonra suyu süzüb qarışığı qəbul edin. Təbii antibiotikdir. Bəlğəmi rahat şəkildə dışarı çıxara biləcəksiniz.
2. Limon-qara istiot-duz üçlüyü.
Bir ədəd limonu iki hissəyə bölün, üzərinə qara istiot və duz səpin. Duzlu, istiotlu limon öskürəyi və boğaz ağrısını qısa zamanda aradan qaldıracaq.
3. Ballı kəklikotu çayı. Kəklikotu öskürəyə qarşı təsirli bitkidir. Yuxarı tənəffüs yolları xəstəlikləri və bronxitə qarşı istifadə edilir. Kəklikotundan dəmlənən çaya, amma isti yox, ilıq halda, bal əlavə etsəniz, həm immuniteti gücləndirəcək, həm də öskürəyə qarşı kömək edəcək.
4. Zəncəfilli ballı çay. 3 halqa təzə zəncəfil, 8 ədəd darçın çubuğu, 8 ədəd mixək, 1 ədəd limon, 1,5 litr su, 1 qaşıq bal. Bal xaric digər bütün ərzaqlar qaynadılır, sonra bu qarışığa bal əlavə edilir. Orqanizmi gücləndirən qarışıqdır.
5. Soğan suyu. 1 ədəd soğanı 4 hissəyə bölüb 1 stəkan su ilə qaynadın. 5 dəqiqə qaynadıqdan sonra ocağı söndürüb soyumasını gözləyin. İlıq olduqda suyu süzün. Süzülmüş suya 1 çay qaşığı bal əlavə edib için.
6. Qara turp. Qara turpun içini oyub, oyulmuş yerə bal tökün, turpu bir stəkana, turpun ölçüsündə olan qabın üzərinə yerləşdirin. Balın şirəsi turpun suyu ilə qarışıb kənarlardan qabın içinə süzülməyə başlayacaq. Bu qarışıq boğaz ağrısı, öskürək, bronxlarn müalicəsində əvəzsiz dərmandır. Qarışıqdan hər gün 5-10 çay qaşığı qəbul edə bilərsiniz.
7. Sarımsaq. Bir stəkan qaynar suya 1 diş sarımsaq, 2 ədəd çubuq darçın əlavə edin. 5 dəqiqə dəmlədikdən sonra ilıq halda istifadə edə bilərsiniz.
Boğaz ağrısına qarşı da bir çimdik istiotu suda qarışdırıb boğazı qarqara etmək olar. Eləcə də yarım qaşıq karbonat və duzu yarım stəkan suda qarışdırıb, ya da 1 stəkan suya 1 qaşıq duz əlavə edib qarqara etmək xeyirlidir. Eyni üsulla 2 qaşıq alma sirkəsini də ilıq suya qarışdırıb boğazı qarqara etmək olar. Bunlar boğazdakı bakteriyaları məhv edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm