ÜST -dən həyəcan təbili: “Daha bir “qasırğa” yaxınlaşır” - VİDEO
Yusif Nəzərli
16:54 22.12.2021
Sağlamlıq
670
Daha bir “qasırğa” yaxınlaşır.
Bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Milad bayramları öncəsi epidemik vəziyyəti təsvir edərkən deyib. Onun sözlərinə görə, Danimarkada “Omikron” ştammı dominant olub, Fransada isə aşkar edilmiş koronavirus infeksiyalarının beşdə birini təşkil edir.
“Gələcək həftələrdə “Omikron” Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək. Bu isə onsuz da həddindən artıq yüklənmiş səhiyyə sisteminin işini daha da ağırlaşdıracaq”, - deyə Hans Kluge bildirib.
Qeyd edək ki, getdikcə daha çox dövlət yeni məhdudiyyətlər tətbiq edir və sanitar keçidləri sərtləşdirir.
Portuqaliyada barlar və diskotekalar iki həftəlik bağlanır, uzaqdan iş, mədəni və idman tədbirlərində iştirak üçün PCR testləri məcburiləşib. Mağazalarda müştərilərin maksimum sayı müəyyən edilir.
Dekabrın 21-də İspaniya yoluxma ilə bağlı anti-rekordunu təzələyib: bir sutkada 49 823 hadisə. Barselona rəhbərliyi dekabrın 24-dən komendant saatı tətbiq etmək niyyətindədir.
Fransa hökuməti ölkədə peyvənd keçidlərinin tətbiqi üçün qanun layihəsinin hazırlanmasını sürətləndirir. Onlar sanitar keçidlərini əvəz edəcək və PCR testlərinin nəticələrini nəzərə almayacaq.
Almaniyada dekabrın 28-dən etibarən bütün idman tədbirləri qapalı qapılar arxasında keçiriləcək. Kansler Olaf Şolz həmyerlilərini Milad və Yeni il tədbirləri üçün 10-dan çox adam toplamamağa çağırıb.
Böyük Britaniya isə qonşularından fərqli olaraq, sərt məhdudiyyətlər tətbiq etməmək qərarına gəlib. Boris Conson bunun üçün kifayət qədər səbəb olmadığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm