Türkiyədə xəstəxanalarda bir gərginlik hökm sürür.
Sherg.az xəbər verir ki, təcili yardım üzrə mütəxəssis, həkim Baki Doğan son günlərdə uşaqlarda yüksək hərarət, qusma və ishal şikayəti ilə müraciətlərin artdığını bildirib.
Doğan vurğulayıb ki, xüsusilə kiçik yaş qrupunda viral infeksiyalar səbəbindən maye itkisi riski yüksəkdir və vəziyyət qısa müddətdə ağırlaşa bilər.
Həkim ailələrə 38°C-dən yüksək və nəzarət altına alınmayan hərarət, tez-tez qusma, gündə 5-dən çox sulu ishal, halsızlıq, ağız quruluğu və sidik miqdarında azalma hallarında dərhal tibb müəssisəsinə müraciət etmələrini tövsiyə edib.
Doğan həmçinin uşaqlara evdə sıx aralıqlarla maye verilməsinin vacib olduğunu, lakin maye qəbulunun mümkün olmadığı hallarda mütləq tibbi yardım alınmasını qeyd edib.
Mütəxəssis antibotiklərin hər febril xəstəliyə tətbiq olunmasının lazım olmadığını və uşaqların gigiyena qaydalarına riayət etməsinin infeksiyaların qarşısının alınmasında vacib rol oynadığını da xatırladıb.