Yatağa girən kimi yuxuya getmək istəsəniz də beyninizin qəfil aktivləşməsi yuxusuzluğun (insomniya) əsas əlamətlərindən biridir. Bu problem həm gecə yuxusunu, həm də gündəlik həyat keyfiyyətini ciddi şəkildə azaldır.
Sherg.az xəbər verir ki, mütəxəssislərə görə, yuxusuzluğun əsas səbəbləri stres və narahatlıq, depressiya, nizamsız yuxu rejimi, kofein və nikotin qəbulu, eləcə də müxtəlif xəstəliklər və hormonal dəyişikliklərdir.
İnsomniya yalnız yorğunluq yaratmır, həm də diqqət azalması, əsəbilik və iş performansının düşməsi ilə nəticələnir. Uzun müddət davam etdikdə isə ürək xəstəlikləri və digər ciddi problemlərin riskini artırır.
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün mütəxəssislər eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl ekran istifadəsini azaltmağı və rahat mühit yaratmağı tövsiyə edir.