Yer üzündə insanların yuxusuzluqdan əziyyət çəkməsinə səbəb olan müəmmalı hadisə qeydə alınıb.
Axşam.az “Daily Mail”ə istinadən məlumatına görə, son bir həftədən artıqdır ki, planetin vibrasiyalarının gücləndiyi bildirilir. Bunun nəticəsində bir çox insan yuxu problemləri, qulaqda səs-küy, hətta bəzi hallarda görmə qabiliyyətinin zəifləməsindən şikayət edir.
Bu hadisə “Şuman rezonansı” kimi tanınır. O, ildırımların təsiri nəticəsində Yer səthi ilə ionosfer arasında yaranan sabit elektromaqnit ritmdir.
Alimlərin fikrincə, bu dalğalanmalara maqnit qasırğaları və Günəşdə baş verən alışmalar təsir göstərə bilər.