Gözlər yeni parlamentə dikilib – Dəyişikliklər bəyənilir

“Milli Məclisin sədri - Sahibə Qafarova, sədrin 1-ci müavini - Əli Hüseynli, müavinlər - Fəzail İbrahimli və Adil Əliyev. Bəyənilsin! Alqışlayıram!”
“Sherg.az”ın seçiminə görə, bu barədə jurnalist Azər Həsrət Feysbuk səhifəsində yazıb. 



A.Həsrət VI Çağırış Milli Məclisin fəaliyyətinin diqqət mərkəzində olacağını bildirib: 
“Əla seçimdir. Komitə sədrləri arasında Qənirə Paşayeva və Zahid Orucun adını görmək də çox xoş oldu. Bunlara da alqış! Ümumiyyətlə, MM-in yeni tərkibi tam olaraq ürəyimizcə olmasa da, rəhbərlik tam, komitələrsə qismən məqbuldur. Uğurlar arzu edirəm. Bu parlamentlə də işləyəcəyik. Həm də gözümüz üzərində olacaq!”.