Milli Məclisin aprelin 9-da iclası onlayn keçirilməyəcək


Milli Məclisin növbəti iclasının hansı qaydada keçiriləcəyi məlum olub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclası elektron qaydada keçirilməyəcək.

Qeyd edək ki, plenar iclasın İnternet vasitəsi ilə keçirilməsi üçün Milli Məclisin 42 deputatının müraciət etməsi və Milli Məclis Sədrinin müvafiq sərəncam verməsi lazımdır.

Xatırladaq ki, aprelin 9-da Milli Məclisin plenar iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabat verəcək.