“Azərbaycan-Almaniya münasibətləri inkişaf etməkdədir” - Bərabərhüquqlu tərəfdaşlıq !

“Respublikamız bu ölkə ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə  yaxşı əlaqələr qura bilib”


Ermənistan  işğal etdiyi Azərbaycan torpaqlarında   qondarma Dağlıq Qarabağ  adlı qurum yaradaraq onu beynəlxalq  hüququn subyekti  kimi dünyaya tanıtmaq istəyir. Beləliklə də status-kvonu legitimləşdirərək  işğal etdiyi torpaqları özününküləşdirməyə çalışır. Ancaq Azərbaycan diplomatiyasının səyi nəticəsində irəliyə doğru atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir. Almaniya XİN-in  yaydığı son bəyanatda bir daha Dağlıq Qrabağ adlı  bir qurumu tanımadığının bəyan edilməsi   bu ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki yekun aktının prinsiplərinə sadiq olmasının nümunəsidir.   

Millət vəkili Hikmət Məmmədovun sözlərinə görə  bütün beynəlxalq sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipi irəli sürülür və  müdafiə edilir.  Ancaq deputat “Sherg.az”a deyib ki,  Almaniya XİN –in bəyanatı təkcə bununla izah edilməməli həm də Almaniya – Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir: 

" İki ölkə arasında mövcud olan bərabərhüquqlu tərəfdaşlıq münasibətləri  get- gedə inkişaf etməkdədir. Azərbaycan bu ölkə ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə  yaxşı əlaqələr qura bilib . Unutmaq olmaz ki , Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarındadır.

Bundan başqa Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və sahəsində Azərbaycan çox mühüm əhəmiyyətli enerji layihələri həyata keçirib və bununla da Avropanın enerji daşıyıcıları ilə təminatı bir qədər daha şaxələndirilmiş olub ki , hazırkı enerji təhlükəsizliyi baxımından bu çox vacibdir. Bundan başq ölkəmizin həyata keçirdiyi qlobal yol – nəqliyyat layihələri də tarixi İpək Yolunu bərpa etməklə uzunmüddətli və  xeyli təhlükəli hesab edilən  dəniz vasitəsilə yükdaşımalara yeni alternativ yaradıb.

Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artmasına səbəb olub . Bir müddət öncə biz Fransanın müstəqil məhkəmələri tərəfindən də  qondarma rejimlə əlaqə yaradan qurumların anlaşmalarının ləğv edildiyinin şahidi olduq . Bütün bunlar əslində güclənən Azərbaycana adekvat münasibətin göstəriciləri hesab edilə bilər". 

 Deputatın sözlərinə görə, Almaniyada eyni zamanda qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların da fəaliyyəti qadağan edilib ki, bu işğalçı Ermənistanın və seperatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub:

"Şübhəsiz ki , bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır  .Bu Azərbaycan xarici siyasətinin əsas prirorietlərindən biridir. Torpaqlarımız  işğaldan azad edilənə qədər də bu siyaət davam etdiriləcəkdir".